ABA-nın icraçı direktoru özünüməşğulluq proqramı haqqında çıxış edib – VİDEO

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə banklar tərəfindən köməklik göstərilməsi ilə bağlı sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsü özünüməşğulluq proqramının genişləndirilməsi işlərində bankların da iştirakına şərait yaradıb.

Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında əməkdaşlığa dair imzalanan memorandumun icrası istiqamətində fəal iş aparılır.

Qeyd edək ki, özünüməşğulluq layihəsi çərçivəsində banklar tərəfindən avadanlıqla təmin edilmiş şəxslərin sayı artıq 200-ə çatmışdır.

ABA-nın icraçı direktor Yunus Abdulovun özünüməşğulluq proqramı haqqında çıxışını sizə təqdim edirik.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır