Home » ABA-nın icraçı direktoru Yunus Abdulov İstanbulda keçirilən “Ödəmə Sistemləri Zirvəsi” Forumunda çıxış etmişdir

ABA-nın icraçı direktoru Yunus Abdulov İstanbulda keçirilən “Ödəmə Sistemləri Zirvəsi” Forumunda çıxış etmişdir

by anar
0 comments 2 views 1 minutes read

Azərbaycan Banklar Assosiasiyasının (ABA) icraçı direktoru Yunus Abdulov İstanbulda keçirilən “Ödəmə Sistemləri Zirvəsi”nin “Regionda Ödəmə Sistemlərində İnkişaflar”adlı paneldə çıxış etmişdir.

Çıxışında Abdulov MENA və MDB regionlarında gələcək beş ildə “dünya səviyyəli ödəniş sistemləri”nin formalaşması üçün əsas şərtləri diqqətə çatdırmışdır.

Yunus Abdulov qeyd etmişdir ki, regionun geniş potensialı rəqəmsal transformasiya vasitəsilə yenilikçi məhsul və xidmətlərin inkişafına əlverişli zəmin yaradır. Bu baxımdan, açıq bankçılıq və açıq maliyyə texnologiyalarının tətbiqi, bank və fintex ekosistemlərinin qarşılıqlı inteqrasiyası, eləcə də rəqəmsal ödəniş sistemləri sahəsində regional əməkdaşlıq əsas inkişaf istiqamətləri kimi ön plana çıxır. Həmçinin o Türkdilli Dövlətlərin Banklar Assosiasiyaları Şurası çərçivəsində maliyyə-bank sistemlərinə aid müxtəlif birgə platformaların yaradılması imkanları barədə danışmış və yaxın gələcəkdə bu kimi təşəbbüslərin irəli sürülməsinin önəmini vurğulamışdır.

ABA-nın icraçı direktoru Azərbaycanın bank sektorunun da sürətlə transformasiya mərhələsində olduğunu bildirərək Assosiasiyanın müxtəlif təşəbbüslərin koordinasiyası, innovasiyaların təşviqi, insan kapitalının inkişafı və dayanıqlı maliyyə sisteminin qurulması istiqamətində mühüm rol oynadığını vurğulamışdır.

COP29 kontekstində Yunus Abdulov qeyd edib ki, bank sektoru 2030-cu ilə qədər yaşıl və dayanıqlı layihələrə 2 milyard AZN ayırmaq niyyətindədir. Bunun üçün ABA-nın rəhbərliyi ilə ESG strategiyası hazırlanıb, ixtisaslaşmış işçi qrupları formalaşdırılıb və beynəlxalq təcrübələrə əsaslanan təşəbbüslər həyata keçirilir.

Yekunda Yunus Abdulov həm regional əməkdaşlığın genişləndirilməsi, həm də ESG sahəsində ictimai maarifləndirmənin gücləndirilməsi qarşıdakı illərdə sektoral hədəflərə çatmaq üçün əsas həlledici faktorlar olduğunu vurğulamışdır.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.