Home » ABA-nın nəzdində fəaliyyət göstərən “Komplayens Ekspert Qrupu”nun nümayəndələrinin SWIFT-in eksperti ilə görüşü təşkil edilmişdir

ABA-nın nəzdində fəaliyyət göstərən “Komplayens Ekspert Qrupu”nun nümayəndələrinin SWIFT-in eksperti ilə görüşü təşkil edilmişdir

by ulviyya
0 rəy 5 baxış 1 dəqiqə oxuma

04-05 dekabr tarixlərində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Komplayens Ekspert Qrupu”nun nümayəndələrinin SWIFT (Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyət) təşkilatının ölkəmizdə işgüzar səfərdə olan komplayens eksperti Steven Palstermans ilə görüşü keçirilmişdir.

Görüş çərçivəsində SWIFT-in “Transaction Screening” (TSS), “Payment Control Service” (PCS), “KYC Registry” və digər əlaqəli xidmətləri barədə ekspertlər ilə müzakirələr aparılmışdır.

Əlavə edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 23 bank və 6 qeyri-bank kredit təşkilatı ABA-nın üzvüdür.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.