Home » ABA tərəfindən keçirilən TƏDBİRLƏR: “Fintex Sammit” və “Beynəlxalq Bankçılıq Forumu”

ABA tərəfindən keçirilən TƏDBİRLƏR: “Fintex Sammit” və “Beynəlxalq Bankçılıq Forumu”

by bbnadm
0 rəy 1 baxış 1 dəqiqə oxuma

“Fintex Sammit” və “Beynəlxalq Bankçılıq Forumu” Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən hər il təşkil edilən və regionun qabaqcıl maliyyə və bankçılıq tədbirləridir.

Nəzərinizə çatdıraq ki, 2020-ci il may ayında keçirilməsi nəzərdə tutulan Fintex Sammit hazırda qlobal narahatlığa səbəb olan və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən pandemiya elan edilən COVID-19 virusu səbəbiylə bilinməyən bir tarixə təxirə salınmışdır.

Qeyd edək ki, iki böyük tədbirdən biri olan Beynəlxalq Bankçılıq Forumunun bu ilin noyabr ayında keçirilməsi planlaşdırılır.

Forum maliyyə-bank sahəsində tənzimləyici və nəzarət orqanlarının rəhbərlərini, kommersiya banklarının və maliyyə sektorunun digər iştirakçılarının yuxarı menecmentini, yerli və xarici biznes və ictimai təşkilatların rəhbərlərini, digər qərar qəbulediciləri, influenserləri, beynəlxalq maliyyə institutlarının və xarici ölkələrin Azərbaycandakı səfirliklərinin, akademik dairələrin nümayəndələrini, maliyyə və bankçılıq sahəsinə aid məhsul və xidmətlər təklif edən xarici və yerli şirkətlərdən iştirakçıların bir araya gəldiyi məkandır.

Keçiriləcək tədbirlər haqqında daha ətraflı məlumatlar və yenilikləri aşağıdakı linkə daxil olaraq əldə edə bilərsiniz:
https://www.gbmevents.az/en

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.