Home » Unibankdan kənd təsərrüfatı krediti götürmək daha da asan oldu

Unibankdan kənd təsərrüfatı krediti götürmək daha da asan oldu

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Unibank aqrar sektorun daha da asan və sürətli kreditləşməsini təmin etmək üçünAzərbaycan Kənd Təsərrüfatı Kreditlərinin Qiymətləndirilməsi Sisteminə (AzALES) qoşulub.UnibankAzALES -ə ilk qoşulan banklardandır. “Unibank” KB ASC-nin Korporativ Bank xidmətləri departamentinin direktor müavini Samir Mustafayev bildirib ki, kənd təsərrüfatına  yönələn maliyyə vəsaitlərini artırmaq, bankın qarşıya qoyduğu hədəflərdən biridir: “Yeni kredit qiymətləndirmə sistemi ilə aqrar kreditləri bir qədər də əlçatan olur.Bu sistem aqrar sahənin kreditləşdirilməsi zamanı riskləri daha düzgün qiymətləndirməyimizə kömək edəcək. AzALES bank əməkdaşının işini xeyli asanlaşdırmaqla yanaşı, kənd təsərrüfatı sahəsində biznesi olan müştərilərimiz üçün də krediti daha sürətli əldə etməyə imkan yaradır”.

AzALES Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İttifaqının dəstəyi, Frankfurt Maliyyə və İdarəetmə Məktəbinin iştirakı ilə hazırlanıb.  Bu sistem, aqrar sahədə risklərin aydın qiymətləndirilməsinə, kredit müraciətlərinə daha sürətlə baxılmasına imkan verir. Belə ki, AzALES banka hazır forma verir. Bank müştərinin məlumatlarını həmin platformaya daxil edərək, ona nə qədər maliyyə vəsaiti  ayırmağın mümkünlüyünü müəyyən edir. AzALES bir növ risklərin müəyyənləşdirilməsində banka kömək edir.

Kənd təsərrüfatı, eləcə də digər biznes kreditlərindən faydalanmaq istəyən müştəriləri “Unibank”ın biznes filiallarında yüksək və keyfiyyətli xidmət gözləyir. Sahibkarlar həftə ərzində saat 09.00-dan 17.00-dək “Qara Qarayev”, “İçərişəhər” , “Dərnəgül”, “Yasamal”, 15 saylı, “Neftçilər”, “Əhmədli”, “Əcəmi” filiallar və “Unibank- biznes mərkəzi”nə, eləcə də “Unibank”ın bölgə filiallarına müraciət edə bilərlər.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan http://www.unibank.az/az/corporate-clients  əldə etmək olar.

Unibank- Biznesinizə daimi dəstək!

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.