Home » ABA və SİF arasında onlayn görüş keçirilib

ABA və SİF arasında onlayn görüş keçirilib

by ulviyya
0 rəy 4 baxış 1 dəqiqə oxuma

29 avqust 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) və Sahibkarlığın İnkişafı Fondu (SİF) arasında onlayn görüş keçirilib. 

Görüşdə sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi və onların maliyyələşdirilmə imkanlarının genişləndirilməsi istiqamətində qurumlar arasındakı əməkdaşlığın növbəti addımları müzakirə edilib. Bununla yanaşı, Fondun güzəştli kreditlərinin verilməsi, eləcə də zəmanət və subsidiya mexanizminə müraciətlərin qəbul edilməsi ilə bağlı mövcud vəziyyət nəzərdən keçirilib.

Həmçinin sahibkarların güzəştli maliyyə dəstəyindən yararlanmaqla bağlı bildirdikləri məsələlər diqqətə çatdırılıb, təkliflər dinlənilib. 

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 22 bank və 3 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 29 təşkilat ABA-nın üzvüdür.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.