Home » Bankçılıqda süni intellekt və rəqəmsal kreditlər: ABA Pekində “Bank of Beijing” təcrübəsini öyrənir

Bankçılıqda süni intellekt və rəqəmsal kreditlər: ABA Pekində “Bank of Beijing” təcrübəsini öyrənir

by Zeyneb
0 comments 4 views 1 minutes read

Pekin, 6 aprel 2026-cı il – Azərbaycan Banklar Assosiasiyasının (ABA) nümayəndə heyəti Çin Xalq Respublikasına rəsmi səfəri çərçivəsində Pekin şəhərində “Bank of Beijing” rəhbərliyi ilə işgüzar görüş keçirib.

Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin (ABMTM) təşkilatçılığı ilə baş tutan tədbirdə ABA-nın baş iqtisadçısı və ABMTM-in direktoru Əzizağa Haxverdiyev, eləcə də Azərbaycan bank sektorunun nümayəndələri iştirak ediblər. “Bank of Beijing” tərəfindən isə görüşə bankın biznes və pərakəndə (retail) sahələrinə məsul rəhbər şəxslər qatılıblar.

Görüşün əsas müzakirə mövzusu bankçılıq proseslərinin rəqəmsal transformasiyası və müasir kreditləşmə modelləri olub.

Müzakirə olunan əsas istiqamətlər:

Rəqəmsal Kreditləşmə: Kredit qərarlarının qəbulunu dəstəkləyən analitik sistemlər və proseslərin tam rəqəmsallaşdırılması;

Elektron Onboarding: Müştərilərin məsafədən qəbulu və identifikasiyası mexanizmləri üzrə Çin təcrübəsi;

Məhsul Dizaynı: Kredit məhsullarının hazırlanmasında müasir metodologiyalar və müştəri seqmentləşdirilməsi modelləri;

İnnovativ Həllər: Kredit təşkilatlarının fəaliyyət səmərəliliyinin artırılması ilə bağlı digər aktual məsələlər.

Görüş çərçivəsində tərəflər rəqəmsal maliyyə xidmətləri sahəsində gələcək əməkdaşlıq və təcrübə mübadiləsinin genişləndirilməsi barədə razılığa gəliblər.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.