Home » ABB daha bir maraqlı hesabat yaydı

ABB daha bir maraqlı hesabat yaydı

by anar
0 comment 0 views 1 minutes read

ABB daha bir faydalı araşdırma-hesabatını ictimaiyyətə təqdim edib. Araşdırma ölkəmizin turizm sektoru ilə bağlıdır. “Rəqəmlərlə turizm: Azərbaycan turizm sektorunun statistik mənzərəsi” adlı hesabat 2022-2023-cü illərə aid məlumatları əhatə edir.

Burada xarici ölkələrə səfər etmiş Azərbaycan vətəndaşlarının, eləcə də ölkəmizə səfər edən əcnəbi turistlərin müxtəlif kateqoriyalar üzrə bölgüsü, əsas xərclərinin təhlili aparılıb. Vətəndaşlarımızın ən çox səfər etdikləri ölkələr, həmçinin Azərbaycana ən çox səfər edən ölkələrin vətəndaşları ilə bağlı əsas tendensiyalar izlənib.

Hesabatda daxili turizm, Azərbaycana səfər edən xarici turistlərin ən çox getdikləri regionlarımız, ölkəmizdəki otel və bu tipli obyektlərin fəaliyyəti haqqında da maraqlı məlumatlar təqdim olunur. Araşdırma turizm sektorunda baş verən əsas dəyişikliklərin, onların səbəblərinin izlənməsinə, gələcəkdə baş verə biləcək dəyişikliklərin proqnozlaşdırılmasına kömək göstərir. Araşdırma-hesabatı ABB-nin Risk ofisi hazırlayıb.

Maraqlı tərəflər üçün faydalı olan bu cür ətraflı araşdırmaların hazırlanması bir çox xarici bankların geniş istifadə etdiyi təcrübədir. Azərbaycanda bu təcrübəni ilk dəfə məhz ABB tətbiq edib. Belə ki, Bank bu ilin aprelində “Bakı şəhəri üzrə daşınmaz əmlak bazarının təhlili”, həmçinin “Azərbaycan üzrə pərakəndə ticarət sektorunun təhlili: trendlər və nəticələr” adlı iki hesabatını bölüşüb. ABB belə araşdırmaları davam etdirəcək. Hesabatlarla buradan tanış ola bilərsiniz.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.