Home » ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlər verəcək

ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlər verəcək

by Zeyneb
0 comments 0 views 1 minutes read

ABB və Enerji Məsələlərini Tənzimləmə Agentliyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilə müvəkkil kredit təşkilatı vasitəsilə Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsini nəzərdə tutur.

Müqaviləyə ABB-nin İdarə Heyəti sədrinin müavini Nərgizxanım Biləndərli və Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İdarə Heyətinin sədri Samir Axundov imza atıb.

ABB ilə Enerji Məsələlərini Tənzimləmə Agentliyinin bu əməkdaşlığı ölkəmizdə müvafiq Fondun vəsaiti hesabına enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsinin təşviqi məqsədilə güzəştli kreditlərin verilməsinin əsasını qoyur.

Tərəflər Fondun vəsaiti hesabına enerji effektivliyi üzrə tədbirlərin təşviqi və geniş müştəri kütləsinin, o cümlədən kiçik və orta sahibkarlıq subyektlərinin bu imkanlardan faydalanması məqsədilə illik 5 faiz dərəcəsi ilə 15 ilədək müddətə, 10 mln. AZN-dək məbləğdə güzəştli kreditlərin verilməsi imkanının yaradılması barədə razılığa gəliblər.

Həmçinin güzəştli kreditlərin verilməsi, onların şərtləri, uçotunun aparılması, təyinatı üzrə istifadəsinə nəzarət (monitorinq), geri qaytarılması, eləcə də müvəkkil kredit təşkilatının Agentlik qarşısında hesabatlılığı ilə bağlı münasibətlərin tənzimlənməsi məsələləri də razılaşdırılıb.

Xatırladaq ki, Enerji effektivliyi fondu Azərbaycan Respublikası Prezidentinin 1 mart 2024-cü il tarixli Fərmanı ilə yaradılıb. Fondun vəsaitlərinin idarə olunmasını Enerji Məsələlərini Tənzimləmə Agentliyi həyata keçirir.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.