Home » ABB sahibkarları “Azerbaijan Russian Desk” platformasında bir araya gətirir

ABB sahibkarları “Azerbaijan Russian Desk” platformasında bir araya gətirir

by bbnadm
0 comments 0 views 1 minutes read

ABB Azərbaycanla ixrac-idxal əməliyyatlarına maraq göstərən Rusiya sahibkarlarının ölkəmizdəki iş adamları ilə əlaqələrinin inkişafına dəstək verir. Bu məqsədlə Bank “Azerbaijan Russian Desk” platformasının imkanlarından istifadə edərək Rusiyadakı törəmə bankı ABB Moskva ilə birgə yeni layihəyə başlayıb. ABB hər iki ölkədən tərəfdaşlıqda maraqlı olan sahibkarları “Azerbaijan Russian Desk” platforması vasitəsilə bir-biri ilə əlaqələndirir. Bu platforma biznes tərəfdaşı axtarışında olan şirkətlərin cəmləşdiyi vahid məlumat bazasıdır. Platformanın yaratdığı imkanlardan istifadə etməklə sahibkarların işgüzar təkliflərinin qarşılıqlı təqdimatına dəstək verilir. Beləliklə, layihə sahibkarların satış şəbəkəsinin genişləndirilməsinə kömək göstərir.

ABB ilə tərəfdaşlıq edən iş adamlarına “Azerbaijan Russian Desk” platformasından istifadə zamanı  xüsusi güzəştlər də tətbiq olunur. Sahibkarlar bununla bağlı ətraflı məlumat üçün suallarını sahibkarlarklubu@abb-bank.az ünvanına göndərə bilərlər.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

You may also like

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.