Home » ABB və ADİF-in 31 nəqliyyat vasitəsi hərraca çıxarılır

ABB və ADİF-in 31 nəqliyyat vasitəsi hərraca çıxarılır

by anar
0 rəy 1 baxış 1 dəqiqə oxuma
Hərrac vasitəsilə əmlak almaq istəyənlər üçün seçim imkanı geniş, prosedurlar sadədir. İyul ayındakı növbəti hərraclara 86 əmlak çıxarılacaq. 
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iyul ayında keçiriləcək hərraclara çıxarılan əmlakların sayı çox, çeşidi müxtəlifdir.

İyulun 19-da təşkil olunacaq hərraca Azərbaycan Beynəlxalq Bankına və Əmanətlərin Sığortalanması Fonduna məxsus ümumilikdə 31 nəqliyyat vasitəsi çıxarılacaq. Nəqliyyat vasitlərinin istehsal tarixi 1998-2014-cü illəri əhatə edir.

İyulun 25-də keçiriləcək hərraca isə 6 səhmdar cəmiyyətin səhm paketi, 7 kiçik dövlət müəssisəsi və obyekti, 42 nəqliyyat vasitəsi çıxarılacaq. Hərraca çıxarılan səhmdar cəmiyyətləri sənaye sahəsinə aiddir. Səhmdar cəmiyyətlərin səhm paketləri nizamnamə kapitalının 30%-ni təşkil edir. Nəqliyyat vasitələrinin buraxılış tarixləri isə 1990-2013-cü illər arasında dəyişir.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.