Home » ABŞ 66 beynəlxalq təşkilatdan çıxdığını elan etdi

ABŞ 66 beynəlxalq təşkilatdan çıxdığını elan etdi

by yunus
0 comments 1 views 1 minutes read

ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların 31 BMT agentliyi də daxil olmaqla, ümumilikdə 66 beynəlxalq təşkilatdan çıxması barədə fərman imzalayıb.

BBN.az xəbər verir ki, Ağ Evdən verilən yazılı açıqlamada Trampın bu gün imzaladığı sərəncama istinadən ABŞ-ın ümumilikdə 66 beynəlxalq təşkilatdan çıxdığı bildirilib.

Bəyanatda deyilir: “Bu gün Prezident Donald Tramp ABŞ-ın artıq Amerika maraqlarına xidmət etməyən 66 beynəlxalq təşkilatdan çıxmasını əmr edən bir sərəncam imzaladı”.

Ağ Evin açıqlamasında hansı təşkilatlardan çıxarılacağı dəqiqləşdirilməyib.

20 yanvar 2025-ci ildə başlayan ikinci prezidentlik müddətinin ilk günlərində ABŞ Prezidenti Tramp Paris İqlim Sazişindən və BMT-nin İnsan Hüquqları Şurasından çıxdı və Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstin Qaçqınlarına Yardım və İş Agentliyinə (UNRWA) maliyyələşdirməni dayandırdı.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.