Home » ABŞ-da benzinin qiyməti yenidən artmağa başladı

ABŞ-da benzinin qiyməti yenidən artmağa başladı

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Bu qış, ABŞ-da benzinin qiymətləri yenidən artmağa başlayıb. Sürücülər axşamdan başlayaraq yanacağın qiymətinin bahalaşmasını yenidən hiss ediblər.

BBN.az NBC News TV proqramına istinadən xəbər verir ki, 2022-ci ilin dekabr ayında illik inflyasiya 6.50% olub, bu yenə də hökumətin 2%-lik hədəfindən olduqca uzaq görünür.

Nəticədə amerikalılar bəzi məhsulların qiymətinin enməsini müşahidə ediblər. Hazırda ölkə miqyasında benzinin 1 qallona görə qiyməti milli ortalamadan bahadır və 3.51 dollardır, bir həftə əvvəl isə bu 3.42 dollar olub. Bir ay əvvəl isə söhbət 3.16 dollardan gedirdi.

Qeyd edək ki, ölkədə qiymətlərin yenidən bahalaşmasına səbəb Milad bayramından sonra amerikalıların artıq avtomobillərindən istifadə etməsi ilə bağlıdır. Eləcə də Çinin pandemiya ilə bağlı yumşalma tədbirləri neftə olan qlobal tələbi artırıb. Ekspertlər isə güman edirlər ki, aprelə qədər, yaxud daha tez ABŞ-da benzinin bir qallona görə qiyməti yenidən 4 dollara çata bilər.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.