Home » Qərbi Texas neftinin qiyməti 80 dollardan ucuz satılır

Qərbi Texas neftinin qiyməti 80 dollardan ucuz satılır

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Xam neft və təbii qazın qiymətləri ilə bağlı son məlumatları təqdim edirik.

BBN.az Banklar və Biznes nəşri Bloomberg-ə istinadən xəbər verir ki, WTI xam neftinin 1 barrel-ə görə qiyməti 0.36 dollar, yaxud 0.45% ucuzlaşaraq 79.32 dollara ticarət edilir.

Bloomberg-də olan son məlumata görə Brent xam nefti isə 0.42 dollar, yaxud 0.48% azalaraq 86.24 dollara satılır. Təbii qazın qiymətləri isə 0.19 dollar, yaxud 6.53% azalaraq 2.66 dollara ticarət edilir.

Qeyd edək ki, Reuters-in neft bazarını araşdıran 1000-dən çox enerji mütəxəssisləri arasında apardığı araşdırmaya əsasən xam neftin dəyəri hazırkı qiymət aralığından olduqca yüksəkdir. Söhbət isə 2027-ci ilə qədər 1 barrelinə görə 90 dollardan gedir. Bazar ertəsi səhəri Brent xam neftinin qiyməti 1 barrelinə görə 85 dollardan aşağı ticarət edilirdi. Bildirək ki, 2023-cü il ilə bağlı proqnozlar isə 2022-ci ildə Rusiyanın Ukraynaya hücumundan öncəki rəqəmlərdən 4-10 dollar aralığında yüksəkdir. 2023-cü ildə bütün analizləri nəzərə alaraq isə xam neftin qiyməti ilə bağlı proqnoz isə onu göstərir ki, Brent-in qiyməti orta hesabla 1 barrelinə görə 87 dollar olacaq.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.