Rəqəmsal ödənişlərin ən geniş yayılan metodlarından biri tətbiqetmə daxilində edilən ödənişlərdir. Sözügedən tendensiya artıq illərdir ki, əksər ölkələrdə mövcuddur və inkişaf etməkdədir.
Fransa mərkəzli ödəniş texnologiyaları qurumu “Idemia” və ABŞ-ın “PYMNTS” agentliyi tərəfindən tərtib edilən “ Digital Card Usage: A Path Forward” araşdırmasına nəzər saldıqda, ABŞ-da rəqəmsal ödənişlərin artım dinamikasını müşahidə etmək mümkündür.
Hesabata əsasən, 104 milyondan çox istehlakçı rəqəmsal formatda debit və ya kredit kartına sahibdir. Sözügedən istehlakçı bazasının 90%-indən çoxu il ərzində minimal olaraq bir və ya bir neçə dəfə rəqəmsal kart vasitəsilə ödənişlər həyata keçiriblər.
Həmçinin, hesabatda ABŞ-ın potensial rəqəmsal cüzdan istifadəçiləri arasında keçirilən sorğunun nəticələrinə nəzər salsaq, 28 milyonluq (təqribi 11%) bir qismin rəqəmsal kartlar əldə etməkdə maraqlı olduğunu görə bilərik.