Home » Alman şirkəti kassirsiz supermarket istifadəyə verir

Alman şirkəti kassirsiz supermarket istifadəyə verir

by bbnadm
0 rəy 2 baxış 1 dəqiqə oxuma

ALmaniya mərkəzli “Aldi” supermarketlər şəbəkəsi London şəhərində ilk kassirsiz supermarketini istifadəyə verir. Bu barədə məlumat, “The Daily Mail” tərəfindən hazırlanan hesabatda öz əksini tapıb.

Kassirsiz supermarketlərin əsas üstün cəhəti aldığın məhsulların ödənişi üçün növbədə vaxt itirməyə ehtiyac qalmamasıdır. Belə ki, şəbəkə tərəfindən hazırlanan xüsusi mobil tətbiqetmə vasitəsilə istehlakçılar aldıqları məhsulların kodlarını skan etməklə və tətbiqetməyə əlavə etdikləri bank kartı ilə ödəniş etməklə kifayətlənirlər. Bu konsepsiya bir müddətdir ki “Aldi” supermarketinin əməkdaşları tərəfindən test mərhələsindən keçirilib və hazırda istifadəyə verilməsi planlaşdırılır.

Hazırda, dünyanın “Amazon”, “Tesco”, “Casino”, “Carrefour”, “Target” kimi pərakəndə satış nəhəngləri sözügedən konsepsiyadan istifadə edərək yeni supermarketlərini istifadəyə veriblər.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.