Home » ABŞ-ın qaz ehtiyatları rekord səviyyədə aşağı düşüb

ABŞ-ın qaz ehtiyatları rekord səviyyədə aşağı düşüb

by yunus
0 comments 0 views 1 minutes read

ABŞ-ın yeraltı qaz anbarlarında təbii qaz ehtiyatları soyuq hava  səbəbindən rekord səviyyədə azalıb.

BBN.az xəbər verir ki, Energetika Nazirliyinin məlumatına görə, ötən həftə ehtiyatlar 360 milyard kub fut azalaraq 2,46 trilyon kub futa düşüb.

Əvvəlki rekord 2018-ci ilin yanvar ayında 359 milyard kub fut idi. Son beş ildə bu dövrdə orta hesabla ehtiyatlar 190 milyard kub fut azalıb. Analitiklər isə WSJ sorğusuna görə, ehtiyatların orta hesabla 374 milyard kub fut azalacağını gözləyirdilər.

Nyu-York Ticarət Birjasında (NYMEX) mart ayı fyuçersləri Energetika Nazirliyinin hesabatının açıqlanmasından sonra milyon BTU üçün əvvəl 3,5 dollardan 3,33 dollara düşüb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.