ABŞ-ın TOP iqtisadçısı və sabiq Xəzinə rəhbəri Larry Summers qeyd edib ki, Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxması (başqa adla Brexit) inflyasiya böhranının alovlanmasına səbəb olub.
BBN.az independent.co.uk-yə istinadən xəbər verir ki, o, əlavə edib ki, Böyük Britaniyanın Aİ-dən çıxması “tarixi iqtisadi xətadır”.
Həmçinin iqtisadçı əlavə edib ki, növbəti 2 ildə Böyük Britaniya iqtisadi tənəzzüldən qaça bilsə o, buna çox təəccüblənəcək: “Brexit funt sterlinq üzərində təzyiq yaradıb, qiymətlər artıb, idxal olunan məhsulları limitləyib, əməyin təchizatını azaldıb. Bütün bunlar isə birbaşa olaraq yüksək inflyasiya ilə də əlaqəlidir”.
Bill Clinton və Barack Obama-nın sabiq məsləhətçisi olan Larry Summers, həmçinin Böyük Britaniyanın Mərkəzi Bankının (Bank of England) işini də tənqid edib. Təklif edir ki, faiz dərəcələri uzun müddət aşağı saxlanılmalı idi.
Qeyd edək ki, Mərkəzi Bank faiz dərəcələrini 2021-ci ilin sonundan bu yana 12 dəfə artırıb və onu ötən ay 4.5%-ə çatdırıb.