Home » ABŞ Mərkəzi Bankı faiz dərəcələri ilə bağlı dekabrın 14-dəki qərarını açıqladı

ABŞ Mərkəzi Bankı faiz dərəcələri ilə bağlı dekabrın 14-dəki qərarını açıqladı

by bbnadm
0 rəy 1 baxış 1 dəqiqə oxuma

ABŞ-ın Mərkəzi Bankı (FED) 2022-ci ildə 7-ci dəfə və cari il üçün axırıncı faiz artımı qərarını açıqlayıb və bu son 15 ildə ən yüksək artım hesab edilir.   

BBN.az NBC News TV proqramına istinadən xəbər verir ki, tənzimləyici 0.50%-lik bir artıma getməklə, faiz dərəcələrini 4.25-4.50-ə çatdırıb. Bu isə daha əvvəlki faiz artımlarından aşağı hesab edilir və FED-in rəhbəri Jerome Powell dekabrın 14-dəki açıqlamasında deyib ki, inflyasiya aşağı salınana qədər faiz artımları davam etməlidir. 

FED rəhbəri çərşənbə günü keçirilən mətbuat konfransında əlavə edib ki, inflyasiya ilə mübarizə aparmaq üçün faiz dərəcələrini artırmaq bizim edə biləcəyimiz ən yaxşı alətdir. 

Yeni artımdan sonra ölkədə ipoteka kreditləri də daxil olmaqla, kiçik bizneslər üçün kreditlər daha bahalı olub. Ölkədə isə noyabr ayı məlumatına görə illik inflyasiya iyundakı 9.1%-dən 7.1%-ə enib. Benzinin qiymətləri ensə də, kirayə evlər və ərzağın qiymətləri bahalı qalmağa davam edir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.