Home » ABŞ neft qiyməti proqnozlarını artırıb

ABŞ neft qiyməti proqnozlarını artırıb

by bbnadm
0 comments 0 views 1 minutes read

ABŞ Enerji İnformasiya İdarəsi (EIA), bu ilin və növbəti il üçün neft qiymətləri proqnozlarını yeniləyib. Yeni  hesabatda qeyd olunan araşdırmalara əsasən, neft qiymətlərinin gələcək proqnozlarında artım göstərilib.

Yeni hesabatda “Brent” markalı neftin barel qiyməti 2021-ci il üçün 71.38 dollar, 2022-ci il üçün isə 71.91 dollar səviyyəsində proqnozlaşdırılıb. Qeyd edək ki, sentyabr ayında açıqlanan rəqəmlərdə bu göstəricilər müvafiq olaraq 68.61 dollar və 66.04 dollar olub. Cari ilin dördüncü rübündə isə sözügedən marka neftin barel qiymətinin 81 dollar civarında dövr etməsi gözlənilir.

Texas “WTI” markalı neftin bir barelinin qiymətinin isə cari ildə 68.48 dollar, 2022-ci ildə isə 68.24 dollar səviyyəsində satılacağı proqnozlaşdırılıb.

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.