Home » ABŞ-nin Beynəlxalq Ticarət Adminstrasiyasının nümayəndəsi ilə görüş keçirilib

ABŞ-nin Beynəlxalq Ticarət Adminstrasiyasının nümayəndəsi ilə görüş keçirilib

by anar
0 comment 0 views 1 minutes read

Görüşdə Azərbaycanın investisiya mühiti barədə məlumat verilib, birgə vebinar və tədbirlərin təşkili barədə müzakirə aparılıb.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev ABŞ-nin Beynəlxalq Ticarət Administrasiyasının istehsal üzrə katib köməkçisinin müavini Hezer Evansın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Müzakirələr zamanı tərəflər arasında ABŞ şirkətlərini Azərbaycan bazarında iştirak etməyə təşviq edəcək layihələrdən danışılıb.

ABŞ nümayəndə heyətinə Azərbaycanın ümumi iqtisadi mənzərəsi və investisiya mühiti, AZPROMO-nun fəaliyyəti, eləcə də xarici investorlar üçün yaradılan əlverişli biznes mühiti haqqında məlumat verilib. ABŞ şirkətlərinin Azərbaycan bazarına marağının artdığı və Beynəlxalq Ticarət Administrasiyasının ABŞ şirkətlərini Azərbaycanda yerli tərəfdaşlar tapmaqda dəstəklədiyi bildirilib.

Görüş zamanı təcrübə mübadiləsi aparmaq məqsədilə birgə vebinarlar və tədbirlərin təşkili barədə fikir mübadiləsi aparılıb.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.