
ABŞ Maliyyə Naziri Scott Bessent bildirib ki, yaxın 24 saat ərzində Rusiyaya qarşı sanksiyaların əhəmiyyətli dərəcədə sərtləşdirilməsi ilə bağlı rəsmi açıqlama veriləcək.
BBN.az xəbər verir ki, Bessent bu barədə Ağ Evdə keçirilən mətbuat konfransında çıxış edərkən məlumat verib.
“Rusiyaya qarşı sanksiyaların ciddi şəkildə artırılması barədə qərarı birja bu gün və ya sabah səhər bağlandıqdan sonra elan edəcəyik,” – deyə o qeyd edib.
Nazirin sözlərinə görə, “Prezident Putin gözlənildiyi kimi konstruktiv və açıq mövqe nümayiş etdirməyib. Buna görə də açıqlanacaq tədbirlər indiyədək Rusiyaya qarşı tətbiq edilən ən sərt sanksiyalar arasında olacaq.”
Məlumatda həmçinin bildirilir ki, bu bəyanat Tramp-Putin görüşünün ləğvindən sonra səsləndirilib. Bessent sanksiyaların konkret detallarını isə hələlik açıqlamayıb.







