Home » “Abşeron” yatağından indiyədək təqribən 1,8 mlrd. kubmetr qaz hasil olunub

“Abşeron” yatağından indiyədək təqribən 1,8 mlrd. kubmetr qaz hasil olunub

by yunus
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Bu günədək “Abşeron” qaz-kondensat yatağında hasilata başlanılandan təqribən 1,8 mlrd. kubmetr qaz hasil olunub.

BBN.az Energetika Nazirliyindən verilən məlumata istinadən xəbər verir ki, hesabat dövründə yataqdan 700 min tona yaxın kondensant hasil edilib.

“Ötən ilin iyulunda İlkin Hasilat Sxemi (İHS) mərhələsi üzrə hasilata başlanılan yataqdan bu günədək təqribən 1,8 mlrd.kubmetr qaz və 700 min tona yaxın kondensant hasil edilib”, – məlumatda qeyd olunur.

“Abşeron” qaz-kondensat yatağı Cənubi Xəzər neftli-qazlı hövzəsinin Abşeron arxipelaqında, Bakı şəhərindən 85-100 km şərqə doğru dənizin təxminən 350-550 metr dərinliyində yerləşir. 2011-ci ilin sentyabrın 9-da “Abşeron” yatağının kəşfi elan edilib . Yatağın ehtiyatları 350 milyard kubmetr qaz və 45 milyon ton kondensat həcmində qiymətləndirilir.

Yatağın işlənilməsini SOCAR və “TotalEnergies”ın birgə operatoru olan “JOCAP” şirkəti həyata keçirir.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.