Home » AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı

AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı

by ulviyya
0 comment 4 views 2 minutes read

Sizin yerli Avropa bankınız – Accessbank, xidmətlərin davamlı olaraq təkmilləşdirilməsi və maliyyə bazarındakı tendensiyalara uyğunlaşmaq məqsədi ilə,  dollar əmanətlər üzrə sərfəli kampaniyaya start verir.

Kampaniya çərçivəsində müştərilərə vəsaitlərinin daha əlverişli şəraitdə saxlanılması və əlavə qazanc əldə etmək şəraiti yaratmaq məqsədi ilə, dollar əmanətləri üzrə faiz dərəcələri 3,5%-dən 4,5%-ə.  Manat əmanətləri üzrə faiz dərəcələri isə 11% təşkil edir.

Kampaniyanın şərtləri haqqında daha ətraflı: https://www.accessbank.az/az/private/deposits/

Kampaniya 1 iyun 2024-cü il tarixinədək keçərlidir.

Əmanətlər üzrə faiz dərəcələrinin artırılması qərarı AccessBank-ın müştərilərə maliyyə rifahının davamlı təmin edilməsi, eləcə də şəxsi vəsaitlərinin keyfiyyətli idarəediməsi üçün əlverişli şəraitin yaradılması məqsədlərini əks etdirir.  Əminik ki, yeni faiz dərəcələri müştərilərimizə öz maliyyə məqsədlərinə daha tez nail olmağa kömək edəcək.

AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 19-u bölgələrdə olmaqla, 33 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar .

Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.  

 *AccessBank QSC Azərbayca Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.