Home » Azərbaycanda ESG risklərinin maliyyə qərarlarına inteqrasiyası müzakirə olunub

Azərbaycanda ESG risklərinin maliyyə qərarlarına inteqrasiyası müzakirə olunub

by Zeyneb
0 comments 0 views 1 minutes read

Azərbaycanda ekoloji, sosial və idarəetmə (ESG) risklərinin kredit və investisiya qərarlarının qəbul edilməsinə inteqrasiyası müzakirə edilib.

Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Məlumata görə, qurum UNEP Finance Initiative ilə birgə məsuliyyətli bankçılıq prinsipləri mövzusunda yanvar ayında keçirilmiş onlayn təlimin risklərin idarə olunması və açıqlama çərçivəsinə həsr olunmuş ikinci sessiyasını təşkil edib.

Sessiya zamanı bank nümayəndələrinə ekoloji, sosial və idarəetmə (ESG) risklərinin kredit və investisiya qərarlarına inteqrasiyası, iqlim və dayanıqlılıqla bağlı digər risklərin idarə olunması, şəffaflıq və hesabatlılıq prinsipləri, həmçinin qabaqcıl beynəlxalq təcrübələr barədə ətraflı məlumat verilib.

Bununla yanaşı, UNEP Finance Initiative tərəfindən məsuliyyətli bankçılıq prinsiplərinin seçilmiş bankda tətbiqi üzrə praktiki təcrübə də iştirakçılarla bölüşülüb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.