Home » Açıq bankçılıq bazarının həcmi 37 milyard dolları ötəcək – PROQNOZ

Açıq bankçılıq bazarının həcmi 37 milyard dolları ötəcək – PROQNOZ

by bbnadm
0 rəy 1 baxış 1 dəqiqə oxuma

Bütün növ maliyyə texnologiyaları üzrə fəaliyyət göstərən şirkətləri özündə cəmləşdirən “fintech” konsepsiyası artıq uzun müddətdir ki, bankçılıq sahəsində payını artırmaqdadır. “Fintech” konsepsiyasının bankçılıq sektoru üzrə ən böyük təcəssümlərindən biri də açıq bankçılıq (open banking) trendidir.

“ResearchAndMarkets” analitika platforması tərəfindən aparılan araşdırmaları nəticəsində tərtib edilən “Open Banking Global Market Report 2021: COVID-19 Implications and Growth” hesabatına əsasən, 2020-ci ildə 11.79 milyard dollar həcmində dəyərləndirilən açıq bankçılıq seqmenti 2021-ci ildə 15.13 milyard dolları ötüb. 28.4% artıma nail olan bu bazarda fəaliyyət göstərən əsas maliyyə qurumları “Capital One”, “HSBC Bank plc”, “Banco Bilbao Vizcaya Argentaria S.A”, “NatWest Group plc”, “DBS Bank”, “Barclays”, “Lloyds Banking Group”, “Citigroup”, “Banco Santander S.A.”, “Credit Agricole”, “NCR Corporation”, “DemystData”, “Figo GmbH”, “Finastra”, “Jack Henry & Associates Inc.”, və “MineralTree” olub.

Bununla yanaşı, açıq bankçılığın gələcək perspektivləri də hesabatda yer alıb. Göstəricilərə əsasən, 2025-ci ilədək açıq bankçılıq bazarının ümumi həcminin 37.77 milyard dollar səviyyəsinə çatması proqnozlaşdırılıb. Hesabat üçün araşdırmalar aparılan başlıca ölkələr Avstraliya, Braziliya, Çin, Fransa, Almaniya, Hindistan, İndoneziya, Yaponiya, Rusiya, Cənubi Koreyaa, Birləşmiş Krallıq və ABŞ olub.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.