Home » Aeroportlar yay tətili xaosunu aradan qaldırmaq üçün nə edirlər?

Aeroportlar yay tətili xaosunu aradan qaldırmaq üçün nə edirlər?

by bbnadm
0 rəy 0 baxış 2 dəqiqə oxuma

İngiltərənin Mançester aeroportunun yeni rəhbəri deyib ki, o, bu yay sərnişinlərə yaxşı səyahət təcrübəsi vəd etmir.

Aeroportun icraçı direktoru Kris Vudruf (Chris Woodroofe) BBC News-a deyib ki, yenilənmələr edilmişdir və o, gözləyir ki, sərnişinlərin böyük əksəriyyətinin yaxşı səyahət təcrübəsi olacaq. 

O, əlavə edir ki, təhlükəsizlik yoxlanışı 30 dəqiqə çəkəcək və daha sonra uçuş istiqamətini tapıb, yola düşmək qalacaq. Amma icraçı direktor yenilənmə olmayan sahələrin olduğunu qəbul edib və indidən yaranacaq narahatlığa görə isə sərnişinlərindən üzr istəyib. Bu ən pis təcrübədir ki, baş verir, çünki istəyirik ki, hər kəs asanlıqla səyahətinə başlasın”.

Mançester və Getvik aeroportundan isə deyiblər ki, onlar problemləri aradan qaldırmaq üçün çox çalışırlar və yayın sərnişinlər üçün rahat keçməsini hədəfləyirlər. Çətinliklərdən sonra beynəlxalq səyahətlər yenidən rahat şəkildə davam edəcək. Ancaq onlar yenə də hər şeyin mükəmməl olacağı sözünü verməyiblər, yaxud hər şey 2019-cu ildə olduğu (Pandemiyadan öncə-red.) kimi normal xidmət səviyyəsinə çatmayacaq. Hava yollarından qeyd ediblər ki, bir sıra sərnişinlər problemlər olmadan səyahətlərini ediblər. 

Lakin uzun növbələr, gecikmələr və uçuşların təxirə salınması artıq minlərlə səyahət sevənlərə Pasxa bayramından öncə tanış olan mənzərədir. Sektor yay aylarında özlərinin performansını artırmaq ilə bağlı olaraq təzyiq altındadırlar. 

Aeroportlarda yaranan çətinliklərə görə, bir çoxları işçi çatışmazlığını göstərir, çünki Covid dövründə bir çox işlər dayandırılmışdı. Lakin “Ryanair” və Jet2-dən isə deyirlər ki, onlar işə qəbul prosesini vaxtından öncə ediblər və işçi çatışmazlığı onlara təsir etməyib. 

“Aviasiya sənayesi Covid-dən ciddi şəkildə zədələnib, yenidən başlamaq üçün çox səy göstəririk. Biz hələ də yeni işçilərin axtarışındayıq”, – deyə Kris Vudruf deyib.

BBC News-un jurnalisti görüb ki, Terminal 1-də yeni işçilər hələ də qaydaları öyrənirdilər. Yeni başlayanların tərcümeyi-halının araşdırılması, təhlükəsizlik məsələsi və treyninqin aparılması bir işçinin 3 ay vaxtını alır. 

Bildirək ki, oxşar təcrübə ABŞ-ın aeroportalarında da müşahidə edilməkdədir. Sərnişinlərin bir çoxu öz çantalarını tapmaqda çətinlik çəkirlər, hətta bəzən onları itirirlər. Sərnişinlərin bəziləri isə problemə həll yolu tapmaq üçün yeni texnologiyalardan istifadə (AirTag-Apple) edirlər, məsələn, çantanın içinə yerləşdirilən məhsul onun yerini yaxın məsafədən müəyyən edir. Məsələn, bir çox sərnişinlər itən əşyalarını bu cür tapıb. Ekspertlər isə məsləhət görürlər ki, yaxşı olar ki, sərnişinlər biletlərini vaxtından öncə (pik zamandan öncə, məsələn, bayramlar, yay tətili və s.) alsınlar, yaxud uçuşu ləğv edilən istiqamətlər üzrə yeni uçuş tarixi təyin etsinlər, olmadıqda isə aeroportlardan kompensasiya tələb etsinlər. 

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.