

Aİ Komissiyasının rəhbəri ABŞ ilə ticarət danışıqlarını sürətləndirməyə hazır olduqlarını bildirib.
BBN.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula Fon der Leyen ABŞ ilə ticarət razılaşmasına dair danışıqları daha sürətli aparmaq niyyətində olduqlarını açıqlayıb.
Fon der Leyen bildirib: “AB və ABŞ dünyanın ən vacib ticarət tərəfdaşlarıdır”. Bu barədə o, ABŞ Prezidenti Donald Tramp ilə keçirdiyi telefon danışığından sonra sosial media hesabında paylaşım edib.
Görüşün məhsuldar keçdiyini qeyd edən Fon der Leyen, Avropa İttifaqı və ABŞ-ın güclü və yaxın ticarət əlaqələrinə malik olduğunu vurğulayıb.
O, həmçinin Avropanın ticarət razılaşmalarına dair müzakirələri sürətli və qərarlı şəkildə aparmağa hazır olduğunu bildirib: “Yaxşı bir razılığa gəlmək üçün 9 iyuladək zamana ehtiyacımız var”, – deyə o əlavə edib.
Digər tərəfdən, ABŞ Prezidenti Donald Tramp 23 may tarixində Truth Social platformasında yayımladığı bəyanatda Aİ ilə ticarət danışıqlarında gözlənilən irəliləyişin əldə olunmadığını bildirib. Bu səbəbdən, o, 1 iyun tarixindən etibarən Aİ-yə birbaşa olaraq 50 faizlik tarifin tətbiq olunmasını təklif etdiyini qeyd edib. Lakin Tramp əlavə edib ki, məhsul ABŞ-da istehsal olunubsa və ya orada yığılıbsa, bu halda gömrük rüsumu tətbiq olunmayacaq.