Home » Aksizli malların dövriyyəsinə nəzarət tədbirləri davam etdirilir

Aksizli malların dövriyyəsinə nəzarət tədbirləri davam etdirilir

by anar
0 comment 5 views 1 minutes read

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti sahibkarlıq subyektlərinin fəaliyyətinə, o cümlədən aksiz markası ilə markalanmalı olan malların dövriyyəsinə nəzarət tədbirlərini davam etdirir. Avqustun 22-də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 124B ünvanında yerləşən köşk və su satışı ilə məşğul olan Mahmudov Elçin Qüdrət oğluna məxsus obyektdə aksiz markası ilə markalanmalı olan, lakin markalanmamış tütün məmulatlarının qanunsuz satışı və dövriyyəsi faktı aşkarlanıb.

Araşdırma zamanı həmin obyektdə sahibkar E.Mahmudov tərəfindən qanunsuz yolla əldə olunmuş, aksiz markası ilə markalanmalı olan, lakin belə marka olmadan tütün məmulatlarının satışının həyata keçirildiyi müəyyən edilib. Aparılan operativ vergi nəzarəti tədbiri zamanı obyektdə 2.816 sayda belə tütün məmulatı aşkarlanıb. Aşkarlanmış mallar əməkdaşlar tərəfindən protokollaşdırılıb, materiallar isə araşdırılması üçün aidiyyəti üzrə istintaq orqanına göndərilib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vergi ödəyicilərinə müraciət edərək bildirir ki, aksiz markası olmadan və ya saxta aksiz markası ilə markalanmış məhsulların satışı, istehlak bazarına qeyri-qanuni istehsal olunmuş məhsulların çıxarılması qanunvericiliklə qadağandır və vergi orqanları tərəfindən belə halların qarşısının alınması istiqamətində tədbirlər davam etdiriləcək. Aksiz markalarının tətbiqi aksizli malların idxalı, istehsalı, satışı və dövriyyəsinə vergi nəzarətinin həyata keçirilməsi məqsədi daşıyır.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.