Home » Ümeyra İbrahimova: “Sukuk” alətlərinin dövriyyəyə buraxılması hüquqi bazanın formalaşmasından sonra reallaşacaq

Ümeyra İbrahimova: “Sukuk” alətlərinin dövriyyəyə buraxılması hüquqi bazanın formalaşmasından sonra reallaşacaq

by Zeyneb
0 comments 3 views 1 minutes read

Azərbaycanda İslam bankçılığı ilə məşğul olan bölmələrin likvidliyini idarə etmək üçün “Sukuk” (İslam istiqrazları) kimi alətlərin yerli bazarda dövriyyəyə buraxılması zəruri hüquqi baza qüvvəyə mindikdən və maliyyə institutlarının (emitentlərin) müvafiq kommersiya təşəbbüsləri formalaşdıqdan sonra mərhələli şəkildə reallaşa bilər.

BBN.az xəbər verir ki, bunu Mərkəzi Bankın Kapital bazarı fəaliyyətinə dair siyasət və tənzimlənmə departamentinin direktoru Ümeyra İbrahimova eksklüziv açıqlamasında bildirib.

Departament direktorunun sözlərinə görə, Mərkəzi Bankın “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”ndan irəli gələn “İnvestisiya alətlərinin çeşidinin artırılması” təşəbbüsü çərçivəsində ölkədə İslam maliyyə məhsulları, o cümlədən “Sukuk” alətləri üzrə hüquqi çərçivənin yaradılması və təşviqi istiqamətində işlər aparılmaqdadır:

“Strategiyadan irəli gələn bu hədəflərin icrası istiqamətində Mərkəzi Bank tərəfindən həyata keçirilmiş ilkin işlərin davamı olaraq, hazırda müvafiq qanunvericilik bazasının formalaşdırılması prosesi İslam İnkişaf Bankının texniki yardımı çərçivəsində cəlb olunmuş beynəlxalq ekspertlərlə birgə reallaşdırılır”.

Ü.İbrahimova vurğulayıb ki, nəticə etibarilə bu alətlərin bazara çıxışı həm qanunvericilik bazasının tamamlanması, həm də bazar iştirakçılarının kommersiya maraqları ilə birbaşa bağlıdır.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.