Home » Almaniya neft və qazla işləyən istilik sistemlərinə qadağa qoyur

Almaniya neft və qazla işləyən istilik sistemlərinə qadağa qoyur

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Almaniyanın Nazirlər Kabineti 2024-cü ildən neft və qazla işləyən istilik sistemlərinin əksəriyyətini qadağan edən qanun layihəsini təsdiqləyib.

BBN.az Bloomberg Türkiye-yə istinadən xəbər verir ki, 2045-ci ilə qədər iqlimə neytral olmağı hədəfləyən Alman koalisiya hökuməti mart ayında yeni quraşdırılan istilik sistemlərinin 2024-cü ilə qədər, həm yeni, həm də köhnə binalarda 65 faiz bərpa olunan enerji ilə işləməsi barədə razılığa gəlib.

Layihəyə əsasən yaşayış yerlərində qaz yanacaqla işləyən istilik sistemlərinə alternativ olaraq bərpa olunan elektrik enerjisi ilə işləyən istilik nasosları, mərkəzi istilik, elektrik isitmə və ya günəş enerjisi sistemləri istifadə ediləcək.

Dəyişikliyin 2028-ci ilə qədər ildə təxminən 9,16 milyard avroya başa gələcəyi gözlənilir. NTV və RTL yayımçılarının dərc etdiyi sorğuya əsasən almanların təxminən 78 faizi qəbul edilən qanuna qarşıdır. Respondentlərin təxminən 62 faizi isə bərpa olunan enerjiyə keçiddən sonra istilik xərclərinin artacağını düşünür.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.