Home » “Alphabet” 100 illik istiqrazlar buraxmağı planlaşdırır

“Alphabet” 100 illik istiqrazlar buraxmağı planlaşdırır

by yunus
0 comments 0 views 1 minutes read

ABŞ-ın texnologiya nəhəngi və “Google”un ana şirkəti olan “Alphabet” 100 illik istiqraz buraxmağa hazırlaşır.

Bu, 1990-cı illərin sonlarından bəri texnologiya sektorunda ilk ultra uzunmüddətli borc satışı olacaq.

BBN.az xəbər verir ki, Bloomberg-ə danışan mənbələrin məlumatına görə, 100 illik istiqraz dörd digər tranşla birlikdə funt sterlinqlə buraxılacaq. Bu, eyni zamanda Alphabet-in ilk dəfə funt sterlinqlə istiqraz satışı olacaq. Qiymətləndirmənin 10 fevralda açıqlanacağı gözlənilir.

Mütəxəssislərin fikrincə, Alphabet-in bu addımı şirkətin süni intellekt sahəsində ambisiyalarını maliyyələşdirmək məqsədi daşıyır. Bildirilir ki, Alphabet-in 2026-cı ildə kapital xərcləri 185 milyard dollara qədər arta bilər.

Süni intellekt yarışında geri qalmamaq üçün texnologiya nəhənglərinin artan maliyyə tələbatı ultra uzunmüddətli borclanma alətlərini yenidən gündəmə gətirib. Alphabet-in bu addımı bazarlarda da maraqla qarşılanıb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.