Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
AMB 3 elektron pul təşkilatının lisenziyasını ləğv edib - BBN

AMB 3 elektron pul təşkilatının lisenziyasını ləğv edib

Azərbaycan Mərkəzi Bankı 3 elektron pul təşkilatının lisenziyasını ləğv edib.

Qurumun İdarə Heyətinin 13 may 2026-cı il tarixli protokolu əsasında “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunun 54.1.1-ci maddəsinə uyğun olaraq bir sıra şirkətlərə verilmiş lisenziyalar qüvvədən düşüb.

Ləğv edilən lisenziyalar aşağıdakılardır:

  • Azvvallet MMC-yə 9 aprel 2025-ci ildə verilmiş lisenziya;
  • Greentek Group MMC-yə 18 sentyabr 2024-cü ildə verilmiş lisenziya;
  • Guavapay MMC-yə 9 aprel 2025-ci ildə verilmiş lisenziya.

Qərardan sonra Azərbaycanda lisenziyalı elektron pul təşkilatlarının sayı 14-ə enib.

Related posts

“PAŞA Bank”ın Müşahidə Şurasının sədri dəyişib

Milli Məclis “Maliyyə icarəsi haqqında” qanun layihəsini üçüncü oxunuşda qəbul edib

ING 2026-cı il üzrə Brent nefti proqnozunu artırıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı