Home » AMB, ABA və Ədliyyə Nazirliyi İnformasiya-kommunikasiya texnologiyaları idarəsi arasında onlayn formatda görüş keçirilmişdir

AMB, ABA və Ədliyyə Nazirliyi İnformasiya-kommunikasiya texnologiyaları idarəsi arasında onlayn formatda görüş keçirilmişdir

by bbnadm
0 comments 4 views 1 minutes read

2 mart 2022-ci il tarixində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.10.2021-ci il tarixli 306 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron icra” informasiya sistemi haqqında Əsasnamə”nin 11.3-cü bəndinə əsasən, icra sənədlərinin məcburi icraya yönəldilməsi ilə əlaqədar borcluların bütün növ bank hesablarının qalıqları barədə məlumatların (hesabın nömrəsi, hesabın növü, hesabdakı vəsaitin miqdarı) icra məmurunun sorğusu əsasında əldə olunması ilə əlaqədar müvafiq informasiya sistemlərinin qarşılıqlı inteqrasiyasının və aralarında elektron məlumat mübadiləsinin təşkili üzrə hüquqi və texniki məsələlərin müzakirə edilməsi məqsədi ilə Azərbaycan Mərkəzi Bankı (AMB), Azərbaycan Banklar Assosisasiyası (ABA) və Ədliyyə Nazirliyi İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin müvafiq nümayəndələri arasında görüş keçirilmişdir. Görüş zamanı informasiya sistemlərinin qarşılıqlı inteqrasiyası ilə bağlı məsələlər,tələb olunacaq məlumatların alınma prosedurları, məlumatların ötürülməsi prosedurları, Əsasnamə ilə tərəflərin üzərinə düşən öhdəliklər müzakirə olunmuş, tərəfləri maraqlandıran suallara cavablar verilmişdir.

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.