Home » Rusiya mərkəzli fondların 3 milyardlıq aktivləri dondurulub

Rusiya mərkəzli fondların 3 milyardlıq aktivləri dondurulub

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Rusiya və Ukrayna arasında davam edən gərginliklərin fonunda sözügedən ölkələrin iqtisadiyyatları da mənfi təsirlərə məruz qalır. Xüsusilə də, sanksiyaların tətbiq edildiyi Rusiya Federasiyasının stabilləşdirilməsi üçün bir sıra addımlar atılsa da, xarici təzyiqlər də davam edir.

Beynəlxalq arenada bir sıra nəhəng maliyyə investisiya qurumları da Rusiya mərkəzli aktivləri dondurmağa başlayıb. Fransanın “Amundi” və “BNP Paribas”, Böyük Britaniyanın “HSBC”, İsveçrənin “Pictet” investisiya bankı ümumilikdə Rusiya mərkəzli fondların 3 milyard dollardan artıq aktivlərini dondurublar.

Sanksiyalar səbəbilə Rusiya mərkəzli əməliyyatlarında dəyişikliyə gedən qurumlar arasında “JPMorgan”, “Liontrust”, “Swedbank”, “Handelsbanken”, “East Capital” və “Nordea” da yer alıb.

Digər tərəfdən isə, Moskva birjası (MOEX) bugün səhm tranzaksiyaları məhdudlaşdırıb. Rusiyanın ən böyük bankı “Sberbank” isə Avropa bazarından çəkildiyini açıqlayıb.

Reuters

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.