AMB ADIF-ə 480 milyon manat kredit ayıracaq

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) bağlanmış 4 bankda mövcud olan  680 milyon manat həcmində sığortalı əmanətin 200 milyon manatını öz vəsaitləri hesabına ödəyəcək.

BBN.az  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfrasında bildirib.

“Geriyə qalan 480 milyon manat həcmində vəsait AMB tərəfindən ADIF-ə kredit şəklində ayrılacaq. Bu məsələ ilə bağlı artıq danışıqlar gedir. Bu vəsaitin 200 milyon manatlıq hissəsinin xarici valyuta formasında verilməsi nəzərdə tutulub. Bununla bağlı olaraq cari ilin sonuna qədər AMB-nin valyuta ehtiyatlarında cüzi azalma ola bilər”, – deyə Elman Rüstəmov bildirib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır