Azərbaycan Mərkəzi Bankı (AMB) elektron pul təşkilatı olan “Algoritma” MMC-yə icrası məcburi olan göstəriş verib.
Bu barədə AMB məlumat yayıb.
Məlumata əsasən, “Ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən fəaliyyətin təşkili və həyata keçirilməsi Qaydası”nın 4.3-cü bəndi ilə bağlı məcmu kapitalın minimum miqdarına dair tələbin pozuntusunun aradan qaldırılması, həmçinin daxili nəzarət sistemlərinin təkmilləşdirilməsi məqsədilə “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanunun 63.1-ci maddəsinin tələbləri rəhbər tutulub.
Bununla əlaqədar olaraq, AMB tərəfindən “Algoritma” MMC-yə qeyd olunan pozuntuların aradan qaldırılması və qanunvericiliyin tələblərinə uyğun fəaliyyətin təmin edilməsi istiqamətində icrası məcburi olan göstəriş verilib.