Home » AMB: “AtaSığorta”nın aktivləri öhdəlikləri qarşılamağa kifayət edir

AMB: “AtaSığorta”nın aktivləri öhdəlikləri qarşılamağa kifayət edir

by Zeyneb
0 comments 0 views 0 minutes read

Ləğv prosesində olan “AtaSığorta” ASC-nin mövcud aktivlərinin onun öhdəliklərini qarşılamağa yetərli olduğu açıqlanıb.

“Report”un sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Bankından bildirilib ki, aparılmış hesablamalara əsasən, sığorta müqavilələri portfeli “Atəşgah Sığorta” ASC-yə ötürüldükdən sonra şirkətin aktivləri bütün öhdəliklərin yerinə yetirilməsinə imkan verəcək.

Qeyd edilib ki, bu addım müştərilərin hüquqlarının qorunması və sığorta öhdəliklərinin fasiləsiz icrası baxımından əhəmiyyət daşıyır.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı ötən həftə “AtaSığorta” ASC-nin fəaliyyət lisenziyasını ləğv edib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.