Home » AMB: Azərbaycanda sığorta sektorunda innovativ məhsulların yaradılmasına ehtiyac var

AMB: Azərbaycanda sığorta sektorunda innovativ məhsulların yaradılmasına ehtiyac var

by Zeyneb
0 comments 0 views 1 minutes read

Azərbaycanda sığorta sektorunda innovativ məhsulların yaradılmasına ehtiyac var.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Sığorta Fəaliyyətinin Tənzimlənməsi Departamentinin direktoru Pənah Bənnayev Bakıda keçirilən “Türk Dövlətləri InsurTech Sammiti 2025” çərçivəsində bildirib.

Pənah Bənnayev deyib ki, sığorta ənənəvi bir sistem olsa da, texnoloji inkişaflar bu sahədə daha sürətli və effektiv həllərin tətbiqini zəruri edir:

“Sığorta sektoru innovativ məhsulların yaradılmasına ehtiyac duyur. Bu, həm rəqabəti artıracaq, həm də xidmət keyfiyyətini yüksəldəcək”.

Onun sözlərinə görə, texnologiya və innovasiyalar fərdi ehtiyaclara uyğun sığorta məhsullarının formalaşmasına imkan yaradır:

“İstehlakçıların razılığı ən vacib amildir. Məhz fərdiləşdirilmiş sığorta həlləri onların məmnuniyyətini artıracaq. Eyni zamanda, insurtechlərin tətbiqi əməliyyat proseslərini optimallaşdırır və xərcləri aşağı salır”.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.