Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
AMB: Banklar bu ilin I rübündə həm depozit, həm də əks-repo alətlərindən istifadə edib - BBN

AMB: Banklar bu ilin I rübündə həm depozit, həm də əks-repo alətlərindən istifadə edib

Bu ilin yanvar-mart aylarında yerli banklar Azərbaycan Mərkəzi Bankının (AMB) həm sterilizasiya yönümlü, həm də likvidliyin verilməsi yönümlü daimi imkan alətlərindən istifadə edib.

Bu barədə AMB-nin rüblük “Pul Siyasəti İcmalı”nda bildirilir.

Məlumata görə, hesabat dövründə banklar iş günlərinin 100 %-də 1 gecəlik depozit daimi imkan alətinə müraciət edib. Eyni zamanda, iş günlərinin 8 %-də isə 1 gecəlik əks-repo alətindən istifadə olunub.

AMB qeyd edib ki, daimi imkan alətlərinə tələb bank sektorunun likvidlik mövqeyində baş verən dəyişikliklərdən təsirlənib.

Belə ki, üç ay ərzində orta məbləği 263 milyon manat olan 53 gecəlik depozit əməliyyatı, həmçinin orta məbləği 275 milyon manat təşkil edən 4 gecəlik əks-repo əməliyyatı həyata keçirilib.

Related posts

Bakıda TDT-yə üzv ölkələrin mərkəzi banklarının Şurasının II toplantısı keçirilib

Azərbaycan və Macarıstanın mərkəzi bankları arasında Anlaşma Memorandumu imzalanıb

Beş ayda vətəndaşlara və şirkətlərə 122 milyon manatdan çox vəsait geri qaytarılıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı