Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanda kirayə qiymətləri illik müqayisədə 7,3 % artıb - BBN

Azərbaycanda kirayə qiymətləri illik müqayisədə 7,3 % artıb

Bu ilin I rübünün yekununda Azərbaycanda kirayə mənzillərin qiymətləri artım nümayiş etdirib.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) rüblük “Pul Siyasəti İcmalı”nda bildirilir.

Məlumata görə, kirayə qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 7,3 %, fevral ayının sonu ilə müqayisədə isə 0,3 % yüksəlib.

Hesabatda qeyd olunub ki, mənzil bazarında da qiymət artımı davam edib. Belə ki, ilkin mənzil bazarında qiymətlər illik müqayisədə orta hesabla 13,1 %, təkrar mənzil bazarında isə 8,1 % artıb.

Ümumilikdə isə hesabat dövründə daşınmaz əmlak bazarında qiymət artımı 8,1 % təşkil edib.

Related posts

Mərkəzi Bank innovativ maliyyə məhsullarının sınağı üçün müraciət qəbuluna başlayıb

Özbəkistanda sığorta sektorunun ÜDM-də payı Azərbaycandan aşağıdır

Azərbaycan bank sektorunun aktivləri 59,2 milyard manata yüksəlib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı