Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
AMB idxal ödənişləri ilə bağlı qaydaları sadələşdirdi - BBN

AMB idxal ödənişləri ilə bağlı qaydaları sadələşdirdi

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Rezidentlərin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nda dəyişiklik edib.

Qeyd olunur ki, qərar AMB-nin sədri Taleh Kazımov tərəfindən imzalanıb.

Yeni qaydalara əsasən, Azərbaycana idxal olunan mallar və xidmətlərin ödənilməsi üzrə rezident və qeyri-rezidentlər tərəfindən həyata keçirilən köçürmələr, o cümlədən avans ödənişləri üçün Nazirlər Kabinetinin xüsusi tapşırığı (qərar, sərəncam, müraciət və ya dərkənar) olduqda əlavə sənədlər tələb olunmayacaq. Belə hallarda köçürmə əməliyyatları idxal müqaviləsi, gömrük bəyannaməsi və digər sənədlər təqdim edilmədən icra ediləcək, yalnız xüsusi tapşırığı təsdiq edən sənədin surəti bankda saxlanılacaq.

Bununla yanaşı, qaydalara əlavə edilən yeni maddəyə əsasən, müdafiə təyinatlı malların idxalı ilə bağlı avans ödənişləri zamanı da sadələşdirilmiş prosedur tətbiq ediləcək. Belə ki, döyüş təyinatlı hərbi texnika, silah, sursat, onların istehsalı üçün avadanlıq, ehtiyat hissələri, elmi-texniki məlumatlar və texnologiyalar üzrə əməliyyatlar üçün Müdafiə Sənayesi Nazirliyinin məktubunun banka təqdim edilməsi kifayət edəcək. Bu halda da müvafiq sənədin surəti bankda saxlanılacaq.

Related posts

Sahil Babayev: Debitor borclar məsələsinə kompleks yanaşmaq lazımdır

Milli Məclis 2025-ci il dövlət büdcəsinin icrasını təsdiqləyib

Sahil Babayev: 2025-ci il dövlət büdcəsinin icrası maliyyə sabitliyini təmin edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı