Home » AMB kənd təsərrüfatı kreditləri üzrə yeni risk qiymətləndirmə alətləri hazırlayır

AMB kənd təsərrüfatı kreditləri üzrə yeni risk qiymətləndirmə alətləri hazırlayır

by Zeyneb
0 comments 0 views 1 minutes read

Azərbaycan Mərkəzi Bankı yerli bankların kənd təsərrüfatı sahəsində risklərinin qiymətləndirilməsi üçün yeni alətlər üzərində işləyir.

Bu barədə AMB-nin sədri Taleh Kazımov bu gün keçirilən mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, kənd təsərrüfatının kreditləşdirilməsi istiqamətində Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən fəal iş aparılır.

T.Kazımov bildirib ki, həm texnoloji həllərin tətbiqi, həm də bankların riskləri daha dəqiq qiymətləndirə bilməsi üçün yeni mexanizmlər hazırlanır.

“Bildiyim qədər həm subsidiyalar, həm də kreditləşmə ilə bağlı müzakirələr aktiv şəkildə davam edir. Kənd təsərrüfatının ölkəmiz üçün prioritet sektor olduğunu bilirik və bu sahədə maliyyə resurslarına çıxışın təmin olunması əsas prioritetlərdən biridir”, – deyə AMB sədri qeyd edib.

O əlavə edib ki, həyata keçirilən tədbirlərin yaxın gələcəkdə müsbət nəticə verəcəyi gözlənilir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.