Home » AMB maliyyə icarəsi sahəsinin inkişafı üçün yeni dəstək tədbirləri hazırlayır

AMB maliyyə icarəsi sahəsinin inkişafı üçün yeni dəstək tədbirləri hazırlayır

by Zeyneb
0 comments 0 views 1 minutes read

Azərbaycan Mərkəzi Bankı (AMB) maliyyə icarəsi (lizinq) sahəsinin inkişafını sürətləndirmək üçün yeni dəstək tədbirləri təqdim etməyi planlaşdırır.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında AMB-nin sədr müavini Toğrul Əliyev “Maliyyə icarəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, hazırda AMB “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” çərçivəsində alternativ maliyyə mexanizmlərinin genişləndirilməsini hədəfləyir. Bu mexanizmlər sırasında girov təminatı tələb olunmayan maliyyələşdirmə alətlərinin yaradılması da yer alır.

T.Əliyev qeyd edib ki, hazırlanacaq yeni dəstək tədbirlərinin maliyyə icarəsi bazarının inkişafına mühüm töhfə verəcəyi gözlənilir.

O əlavə edib ki, qanun layihəsi alternativ maliyyə xidmətlərinin, o cümlədən maliyyə icarəsi xidmətlərinin genişləndirilməsini nəzərdə tutur. Bu çərçivədə Mərkəzi Bankın banklar və bank olmayan kredit təşkilatları üçün tətbiq etdiyi təşviq mexanizmlərinin maliyyə icarəsi fəaliyyəti göstərən subyektlərə də şamil edilməsi planlaşdırılır.

Qeyd olunub ki, bu yanaşma sahibkarlıq subyektlərinin maliyyələşdirilməsinə çıxış imkanlarını artırmaqla yanaşı, maliyyə bazarında rəqabətin və alternativ alətlərin inkişafına da təkan verəcək.

Mənbə: Report.az

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.