1

Azərbaycan Mərkəzi Bankı (AMB) müştərilərin hüquqlarının qorunması sahəsində əlavə qaydaların hazırlanması üzərində işləyir.
AMB-nin Baş direktoru Şahin Mahmudzadə bildirib ki, banklara müştəri hüquqlarının qorunması və kibertəhlükəsizlik sahəsində kifayət qədər tələblər qoyulub:
“Hazırda bu istiqamətdə digər alətlərin tətbiq olunması ilə bağlı araşdırmalar aparırıq. Eyni zamanda biz kibercinayətkarlıq halları ilə bağlı rüblük statistika açıqlamağa başlayacağıq”, – deyə o qeyd edib.







