Home » AMB-nin rəsmi valyuta ehtiyatları 11,5 mlrd. dolları ötüb

AMB-nin rəsmi valyuta ehtiyatları 11,5 mlrd. dolları ötüb

by Zeyneb
0 comments 1 views 1 minutes read

Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatlarının həcmi 11 milyard 514,9 milyon dollara yüksəlib.

Ehtiyatlarda həm qısamüddətli, həm də uzunmüddətli artım tendensiyası müşahidə olunur. Belə ki, dekabr ayı ərzində rəsmi valyuta ehtiyatları 0,7%, son bir il ərzində isə 5,1% artıb.

Mütəxəssislərin fikrincə, son bir ildə ehtiyatların 5,1% artması manatın məzənnəsinin sabit saxlanılması, həmçinin ixrac gəlirlərinin, xüsusilə neft-qaz sektorundan daxilolmaların yüksək səviyyədə qalması ilə bağlıdır.

Valyuta ehtiyatlarının artımına təsir göstərən əsas amillər sırasında müsbət ticarət balansı xüsusi əhəmiyyət daşıyır. Belə ki, ixrac gəlirlərinin idxalı üstələməsi ölkəyə davamlı valyuta axınını təmin edir. Eyni zamanda, Dövlət Neft Fondunun (ARDNF) valyuta hərraclarında fəal iştirakı AMB-nin ehtiyatlarına əlavə təzyiqin qarşısını alır. Hərraclarda tələbin əhəmiyyətli hissəsinin ARDNF tərəfindən qarşılanması Mərkəzi Banka bazardan əlavə valyuta almaq və ehtiyatlarını artırmaq imkanı yaradır.

Bununla yanaşı, valyuta ehtiyatlarının yerləşdirildiyi maliyyə alətlərindən əldə olunan investisiya gəlirləri də ehtiyatların ümumi həcminin artmasına müsbət təsir göstərir.

Qeyd edək ki, rəsmi valyuta ehtiyatları manatın məzənnə sabitliyinin qorunmasında mühüm rol oynayır, idxal əməliyyatlarının maliyyələşdirilməsi üçün etibarlı baza formalaşdırır. Beynəlxalq standartlara əsasən, valyuta ehtiyatları ən azı üç aylıq idxal həcmini qarşılamalıdır ki, Azərbaycanın mövcud göstəriciləri bu tələbi dəfələrlə üstələyir.

Xatırladaq ki, Azərbaycanın strateji valyuta ehtiyatları təkcə AMB-nin ehtiyatları ilə məhdudlaşmır. Bu ehtiyatlara Dövlət Neft Fondunun aktivləri də daxildir. Ümumilikdə, ölkənin strateji valyuta ehtiyatlarının həcmi 84 milyard dollara yaxınlaşır.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.