Home » AMB pul siyasəti qərarlarının açıqlanma tarixini dəyişib

AMB pul siyasəti qərarlarının açıqlanma tarixini dəyişib

by Zeyneb
0 comments 0 views 0 minutes read

Azərbaycan Mərkəzi Bankı (AMB) 2026-cı il üzrə pul siyasəti qərarlarının ictimaiyyətə açıqlanması qrafikinə dəyişiklik edib.

Bu barədə AMB məlumat yayıb.

Məlumata əsasən, faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarın ictimaiyyətə açıqlanması və bununla əlaqədar mətbuat konfransının keçirilməsi tarixi dəyişdirilib.

Belə ki, əvvəlcə avqustun 5-nə planlaşdırılan tədbirlər iyulun 31-də təşkil olunacaq.

Həmçinin AMB tərəfindən ekspertlərlə görüşün də həmin tarixdə keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, AMB pul siyasəti qərarları ilə bağlı mütəmadi olaraq ictimaiyyətə məlumat verir və qərarların iqtisadi əsaslandırılmasını mətbuat konfransları vasitəsilə açıqlayır.

 

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.