Home » AMB “Qala Sığorta”ya və bir sıra müstəqil ekspertlərə icrası məcburi sərəncam verib

AMB “Qala Sığorta”ya və bir sıra müstəqil ekspertlərə icrası məcburi sərəncam verib

by yunus
0 comments 2 views 1 minutes read

Azərbaycan Mərkəzi Bankı (AMB) “Qala Sığorta” ASC-yə və bir sıra müstəqil ekspertlərə icrası məcburi sərəncam verib.

BBN.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə,“Qala Sığorta”da aparılan monitorinq zamanı müstəqil ekspertlərlə mülki-hüquqi müqavilələrin bağlanmaması üzrə çıxıb. Odur ki, “Sığorta fəaliyyəti haqqında” qanunun 102-ci maddəsinin tələblərinə əsasən, şirkətə icrası məcburi sərəncam verilib.

Bundan başqa, aparılan monitorinq zamanı reyestrə daxil edilmiş bir sıra müstəqil ekspertlərin reyestr məlumatlarının yenilənməməsi və icbari sığorta növü üzrə fəaliyyətin İcbari Sığorta Bürosunun sistemi vasitəsilə həyata keçirməməsi aşkarlanıb. Nəticədə həmin müstəqil ekspertlərə “Sığorta fəaliyyəti haqqında” qanunun 102-ci maddəsi əsasında icrası məcburi göstəriş verilib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.