Home » Bakı Fond Birjası UNEC tələbələrinə yeni statistik alət olan interaktiv məlumat panelini təqdim edib

Bakı Fond Birjası UNEC tələbələrinə yeni statistik alət olan interaktiv məlumat panelini təqdim edib

by yunus
0 comments 0 views 1 minutes read

28 aprel 2026-cı il tarixində “Auditoriyada məzun var” layihəsi çərçivəsində Bakı Fond Birjasının Data analitiki Bahar Rüstəmova UNEC tələbələri ilə görüş keçirib

Görüş zamanı Bahar Rüstəmova tələbələr üçün yeni statistik alət olan interaktiv məlumat panelini təqdim edərək, iştirakçılara platformanın funksionallığı, məlumatlara çıxış imkanları və analitik alətlərdən istifadə qaydaları barədə ətraflı məlumat verib.

UNEC-in əsas tədris binasında Bakı Fond Birjasının dəstəyi ilə yaradılmış “Maliyyə laboratoriyası” 2015-ci ildən fəaliyyət göstərir. Əməkdaşlıq çərçivəsində “Maliyyə laboratoriyası”nda layihə, təlim və seminarların təşkil edilməsi, BFB mütəxəssislərin təcrübəsinin paylaşılması, BFB-də mövcud olan aktiv vakansiyalar və təcrübə proqramları haqda məlumatlandırılması məqsədilə “UNEC”də “Karyera günləri”nin keçirilməsində iştirakı nəzərdə tutulub.

Bakı Fond Birjası və UNEC tələbələrin peşəkar inkişafına dəstək olmaq məqsədilə bu cür əməkdaşlıq tədbirlərini davam etdirməyi planlaşdırır.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.