
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazimovun rəhbərlik etdiyi nümayəndə heyəti Vaşinqton şəhərində işgüzar səfər çərçivəsində “BlackRock” şirkətinin baş idarəçi direktoru və qlobal tərəfdaşlar ofisinin həmsədri Coud Abdel Macid ilə görüşüb.
Görüş zamanı qlobal maliyyə sisteminin son tendensiyaları, Azərbaycanda maliyyə bazarlarında həyata keçirilən islahatlar, sektorun inkişaf dinamikası, eləcə də investisiya alətlərinin və ehtiyatların idarə olunmasının diversifikasiyası kimi mühüm məsələlər müzakirə olunub.
Görüşdə həmçinin əməkdaşlıq əlaqələrinin genişləndirilməsi perspektivləri ətrafında müzakirələr aparılıb.







